Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Şəmistan Əlizamanlının ifasında "Nuru Paşa Qələbə Marşı" adlı klipin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Nuru Paşanın türk tarixindəki rolundan, əvəzsiz xidmətlərindən bəhs edilib.

Diqqətə çatdırılıb ki, Nuru Paşa Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı və Türkiyə Cümhuriyyəti dövründə sahibkar olub. 15 sentyabr 1918-ci ildə, ağır döyüşlərdən sonra, Azərbaycan Demokratik Respublikasının milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusunun hissələri Bakını Bolşevik, Daşnak Erməni və İngilis hərbi dəstələrindən azad edib və müstəqil Azərbaycan hökuməti Bakıya köçüb.

Qeyd edək ki, klip alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə