Ramiz Mirişli ilə vida mərasimi başlayıb

Ramiz Mirişli ilə vida mərasimi başlayıb

Bu gün Bakı Musiqi Akademiyasında Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişli ilə vida mərasimi olub. SİA-nın verdiyi məlumata görə, vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Nəzərinizə çatdıraq ki, 10 gün öncə xəstəxanaya yerləşdirilən R.Mirişli aprelin 17-də xəstəxanada 81 yaşında dünyasını dəyişib. Bu gün I Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Ramiz Mirişli 16 aprel 1934-cü ildə Naxçıvan MR-də anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O, 1974-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 1982-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1990-cı ildən isə xalq artisti fəxri adını daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə