Bakıda ilk dəfə Rus Dram Teatrında Rusiyanın populyar artistlərinin, xalq artisti Emmanuil Vitorq və Anjelika Aqurbaşın "Kral Tref -sevgi xəritəsi" tamaşası ilə qastrolu olacaq. SİA-nın verdiyi məlumata görə, bu qeyri-adi layihənin bir neçə tərtibatı var.
Janr -Musiqili kino tamaşadır. O, həm teatr, həm də kino üçün orijinaldır. Teatrın baş rejissoru Vaxtanqova Rimas Tuminasdır. Üç janrın kino, teatr və estradanın sintezidir. Tamaşada müğənni Anjelika Aqurbaş, Rusiyanın Xalq Artisti Ludmila Maksakova iştirak edir.
Tamaşa real dəyərlər üzərində qurulub: sevgi və sədaqət. Səmimilik və açıqürəklilik.
Çəkilişlər İtaliya, Yurmala, Riqa və Moskvada aparılıb. Tamaşaya hazırlıq yeddi ay davam edib.
Xüsusi olaraq tamaşa üçün bəstəkar İqor Krutoy və şairlər Cahan Polıyeva, İlya Reznik mahnı yazıb. Tamaşa Aleksandr Herasimovub "Kral Tref" pyesi əsasında səhnələşdirilib.
Qeyd edək ki, tamaşa 21 aprel, saat 20:00-da Rus Dram Teatrında nümayiş olunacaq. Biletlərin qiyməti 30-60 manat arasına dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB