Uzun illərdən bəri Mədəniyyət və Turizm Nazirliyinin mətbu orqanlarından biri bu gündən etibarən görüşünüzə "Mədəniyyət.AZ" adı ilə gəlib. Jurnalın adı kimi onun görkəmi, mahiyyəti, məzmunu və məramları da dəyişib. Bütün bu illər ərzində mədəniyyət və turizm sahəsində görülən konstruktiv dəyişikliklər, aparılan islahatlar bu yenilənmənin artıq bir zərurət olduğunu ortaya qoydu. Bu dərgi ölkənin vacib və əhəmiyyətli bir strukturunun gördüyü işləri layiqincə təmsil edə bilən bir mətbu orqanı olmalıdır. Məhz bu müraciətlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oxucuya xitab edib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə ölkənin mədəni həyatında baş verən möhtəşəm dəyişikliklər, Heydər Əliyev Fondunun bir-birindən maraqlı layihələri, paytaxtın və regionların həyatında müşahidə olunan canlanma nazirliyin təsisçiliyi ilə nəşr olunan mətbu orqanlarının da forma və məzmun etibarilə yenilənməsini zərurətə çevirir. Müasir oxucu üçün istənilən informasiyanın rəngarəng təqdimatı daha maraqlıdır. Buna görə də hədəfləri doğru-düzgün müəyyənləşdirib zövqlü, məzmunlu və sanballı təqdimatı ilə seçilən bir nəşr ərsəyə gətirmək istərdik..."
Toplunun səhifələrində nazirliyin bütün strukturlarının əməyi sayəsində gerçəkləşən mühüm layihələr, həyatı və fəaliyyəti ilə hamıya örnək ola biləcək şəxsiyyətlər, sənət adamlarının xarici ölkələrdəki uğurları, təsviri sənətin və musiqimizin müasir təmayülləri, səhnə premyeraları abidələrimiz, mədəni turizm barədə yazılar, müxtəlif təhlil məqalələri və resenzyalar dərc etməyi planlaşdırırıq.
Mədəniyyət.AZ" adı ilə nəşr olunan ilk nömrədə Novruz büsatı, YUNESKO-nun qeyri-maddi irs siyahısına salınmış kəlağayımız barədə, ölkənin birinci xanımı Mehriban Əliyeva haqqında sevə-sevə yazılan esseni oxuyacaq, incəsənətimizə böyük töhfələr vermiş ölməz sənətkarları yad edəcək, Azərbaycanı dünya mədəniyyətləri arasında dialoq mərkəzinə aparan yola nəzər salacaq, istedadlı rejissorumuz Cənnət Səlimovanın quruluş verdiyi "III Riçard" tamaşası haqqında və "Muğam aləmi" IV Beynəlxalq Muğam Festvalının elmi mahiyyəti barədə rəylərlə tanış olacaq, Milli Elmlər Akademiyasında aparılan islahatlar, "Yarat" Müasir İncəsənət Məkanının məramları barədə məlumat alacaq, ədəbi mühitin gənc imzaları ilə görüşəcəksiniz.
Mədəniyyət.Az Jurnalının olduqca vacib istiqamətlərindən biri də bu jurnalın həm də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attesstasiya Komissiyasının siyahısında olmasıdır. Demək ki, mədəniyyətçünaslıq sahəsində çalışan , Azərbaycan mədəniyyətinin və incəsənətinin elmi tərəflərini araşdıran hər bir məzmunlu məqalə jurnalımızın səhifələrində yer ala biləcək. Və təbii ki, jurnalın bu sayı da elmi məqalələrlə zəngindir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB