Aprelin 24-25-də "Kapelhaus" Azərbaycan-Alman Mədəniyyət Mərkəzində "Bəzək" Yaradıcı İnsanlar Birliyinin (İB) təqdimatında üçüncü əl işləri festivalı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, festival qədimlik və müasirlik mövzusuna həsr edilib. Təqdim ediləcək işlər arasında tikmə, toxuculuq, ağac oyma, zərgərlik, sabun hazırlama, rəssamlıq, xalçaçılıq və s. yer alacaq.
Festivalda 40-dan artıq sənətkarın iştirakı gözlənilir. Müxtəlif yaş qrupuna aid olan bu insanları eyni bir maraq birləşdirir: yaradıcılığa sevgi və xalqımızın qədimlik ənənələrinin müasirliyə gətirilməsi. Bu insanlar arasında tələbələr, ofis işçiləri, evdar qadınlar, təqaüdçülər və s. öz işlərini təqdim edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB