Əbülfəs Qarayev BMÜTT tərəfindən təşkil olunan görüşdə iştirak edib FOTOLAR

Əbülfəs Qarayev BMÜTT tərəfindən təşkil olunan görüşdə iştirak edib FOTOLAR

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İspaniya Krallığının Madrid şəhərində keçirilən Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak etmək üçün bu ölkəyə səfər edib. SİA-nın verdiyi məlumata görə, sammitin ilk günü BMÜTT tərəfindən təşkil olunan dünyanın turizm nazirləri və ən qabaqcıl korporasiya və şirkətlərinin (özəl sektor) rəhbərləri arasında dəyirmi masa formatında görüşdə iştirak etmiş və ölkəmizin turizm imkanları, ÜTT-yə üzv ölkələrlə sıx əməkdaşlıq mövzusunda nitq söyləyib.

Eyni zamanda sammit çərçivəsində cari ilin 18-19 may tarixlərində Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BMÜTT-ün dəstəyi ilə keçiriləcək turizmin mədəniyyətlərarası dialoqda roluna dair xüsusi sessiyanın son hazırlıq işləri ilə bağlı müzakirələr aparmaq məqsədilə nazir Əbülfəs Qarayevin BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşü və bir sıra digər ikitərəfli görüşlərin həyata keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə