Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2015-ci il üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Bakı 2015 Birinci Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin təbliği", "Mədəni irs və tarixi abidələrimizin təbliği", "Xalq yaradıcılığının dəstəklənməsi və təbliği məqsədilə gənc aşıqlar ilə bağlı tədbir", "Kinematoqrafiyanın animasiya sahəsinin perspektiv inkişafının təmin edilməsi" tədbirləri üzrə müsabiqə elan edilib.
Müsabiqə Komissiyasına qeyri-hökumət təşkilatları tərəfindən 86 tədbir təklifi təqdim olunmuşdur. Bunlardan 54 layihə "Mədəni irs və tarixi abidələrimizin təbliği", 15 layihə "Bakı 2015 Birinci Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin təbliği", 7 layihə "Xalq yaradıcılığının dəstəklənməsi və təbliği məqsədilə gənc aşıqlar ilə bağlı tədbir", 2 layihə "Kinematoqrafiyanın animasiya sahəsinin perspektiv inkişafının təmin edilməsi" istiqamətində olmuş, 8 layihə isə şərtlərə cavab vermədiyi üçün ilkin seleksiya mərhələsində müsabiqədən uzaqlaşdırılıb.
Qeyd edək ki, müsabiqə Komissiyasına təqdim olunmuş təkliflər təhlil edilərək aşağıdakı tədbirlər üzrə qaliblər seçilib.
1. "Mədəni irs və tarixi abidələrimizin təbliği" tədbiri üzrə "Azərbaycan Yaradıcılıq Fondu"nun "Qafqaz Albaniyasına səyahət" adlı layihəsi.
2. "Mədəni irs və tarixi abidələrimizin təbliği" tədbiri üzrə "Gələcək Naminə" Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin "Azərbaycanı kəşf et - abidələrimiz milli sərvətimizdir!" adlı layihəsi.
3. "Bakı 2015 Birinci Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin təbliği" tədbiri üzrə "Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi" İctimai Birliyinin "Azərbaycan milli geyimləri sərgisi" adlı layihəsi.
4. "Bakı 2015 Birinci Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin təbliği" tədbiri üzrə "Azərbaycan İnkişaf Mərkəzi" İctimai Birliyinin "Milli geyimlərimizin dünəni və bu günü" adlı layihəsi.
5. "Bakı 2015 Birinci Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin təbliği" tədbiri üzrə "Dan" Beynəlmiləlçi Gənclər İctimai Birliyinin" Azərbaycan milli geyimlərinin təbliğ məqsədilə promo-video çarxın hazırlanması" adlı layihəsi.
6. "Xalq yaradıcılığının dəstəklənməsi və təbliği məqsədilə gənc aşıqlar ilə bağlı tədbir" istiqaməti üzrə Azərbaycan Aşıqlar Birliyinin "Sarıtel - Gənc Aşıqların Səs İncisi" adlı layihəsi.
7. "Kinematoqrafiyanın animasiya sahəsinin perspektiv inkişafının təmin edilməsi" tədbiri üzrə "Azərbaycan Prodüserlər Gildiyası" İctimai Birliyinin "Azərbaycan Respublikasının regionlarında kino yayımı fəaliyyətinin tənzimlənməsi, yeni çəkilmiş Azərbaycan filmlərinin və animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmlərinin nümayişi, kino sahəsində dünyada mövcud olan müasir texnologiyaların öyrənilməsi və tətbiq edilməsi və gənclərimizin bu sahəyə marağının artırılması" adlı layihəsi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB