YUNESKO Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onillik (2013-2022) sahəsində aparıcı qurum olaraq çıxış edir. SİA-nın verdiyi məlumata görə, sözügedən təşkilatın İcraiyyə Şurasının 194-cü iclasında qəbul olunan Fəaliyyət Planına əsasən Sosial və Humanitar Elmlər Sektoru Onilliyin mərhələli icrası məqsədilə Xüsusi Ekspert Görüşü keçirəcək. Tədbir 24-25 mart tarixində YUNESKO-nun Baş Qərargahında keçiriləcək.
Görüşün məqsədi təqdimatlar və müzakirələr vasitəsilə mədəniyyətlərin yaxınlaşmasına sistematik yanaşmanı təmin etmək və orta və uzun müddətli onillik üçün strategiyaların müəyyənləşdirilməsidir.
Qeyd edək ki, adıçəkilən tədbirdə YUNESKO-nun Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onilliyin (2013-2022) xüsusi ekspert qrupunun tərkibinə daxil edilmiş Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB