"28 Cinema" kinoteatrında "Səhra almazı" adlı milli komediya filminin premyerası keçirilib. SİA-nın verdiyi məlumata görə, film Azərbaycanda və Cənubi Afrikada macəra, komediya üslubunda çəkilib. Üç azərbaycanlı Cənubi Afrikaya dünyanın ən böyük almazı olan "Səhra almazı"nın axtarışına çıxırlar. Bu axtarışda onlar tək deyillər və italiyalı biznesmen öz muzdlu qatili ilə birgə Afrikada ağlasığmaz hadisələrlə qarşılaşırlar. Üç azərbaycanlı almazı tapırlar və məxsus olduğu ölkəyə təhvil verirlər.
Əsas qayəsi komediya, həyəcanlı səhnələr, məhəbbət olan filmin rejissoru Emin Əhmədov, ssenari müəllifləri Anar Xəlilov və Emin Əhmədovdur.
Rollarda Səməndər Rzayev, Martha Keisha Fillipus, Tangaro Qlopes, Emin Əhmədov, Anar Xəlilov, Eresmus Aukongo, Vüsal Hacı –Qədir, Fuad Dadaşov çəkilib.
Qeyd edək ki, yaradıcı heyət filmin ikinci hissəsini çəkməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə