“Excelsior Hotel& Spa Baku” otelində moda günləri keçirilir FOTO

“Excelsior Hotel& Spa Baku” otelində moda günləri keçirilir FOTO

13,14 və 15 mart, 2015-ci il tarixlərində "Excelsior Hotel & SPA Baku" da baş tutmuş "Baku Fashion Nights 2015" təntənəli moda günləri uğurla yekunlaşıb. 13 mart tarixində, tədbirin ilk günü əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın yeni kolleksiyası dəb azarkeşlərinin ixtiyarına verilib. Möhtəşəm dəfilənin ardından, podiumda yer alan modellər Ülkər Hüseynovanın "Fashion Couture by Ulker Huseynova" moda evinin 2015 yay-yaz kolleksiyasından nümunələr nümayiş etdirdi. "Beauttech" salonlar şəbəkəsindən Elnarə Əhmədovanın təqdimatında 2015dəb tendensiyasına uyğun saç düzümü şousu qonaqlara unudulmaz anlar yaşatmaqla yanaşı, bu ilin ən yadda qalan, cürətkar saç dizaynları nümayiş olundu. Tədbirin irəliləyən saatlarında səhnə alan digər gənc və istedadlı modelyer Günay Mirzə, yaz-yay moda trendləri ilə gecəyə damğasını vurub.

14 Mart tarixində podiumda yer alan və ən yeni kolleksiyası ilə qonaqları salamlayan modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Gülnarə Xəlilovanın təqdimatında idi. Tədbirin davamında nümayişi maraqlı və rəngarəng kolleksiyaları ilə zənginləşdirən "La Couture Baku"Xavər Məmmədova, milli və müasir toxunuşları ilə seçilən "Hokuma by Hokuma Hajiyeva" və "Magura by Gulshan İbrahimova" Moda Eviləri idi.

Türk modasının canlı korifeyi, əfsanəvi modelyer Yıldırım Mayruk, layiqli köməkçi və davamçısı Barbaros Şansal "Baku Fashion Nights 2015"-in fəxri qonaqlarından idi. Yıldırım Mayruk məhz bu il 50 illik yubileyini "Excelsior Hotel &Spa Baku"Otelində və "Baku Fashion Nights 2015" moda günlərində özəl olaraq qeyd edib.

15 Martdavida dəfiləsini azərbaycanlı heyranlarına sərgiləyənYıldırım Mayruk, "Prêt-à-Porter" konseptli kolleksiyası ilə bütün moda sevənləri heyrətləndirdi. Kolleksiyanın ən görkəmli parçalarıTürkiyədə yaşayan həmyerlimiz, model Günay Musayevaya həvalə olunub.

Nə az, nə çox, tam 3 gün Azərbaycanda moda rüzgarları əsdirən modelyerlər, bu gözəl nümayişi izləməyə gələn qonaqlar, modanın nəbzini " Excelsior Hotel & Spa Baku" sürətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə