Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Gürcüstandakı Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin rəhbərliyi ilə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruz bayramı münasibətilə 2015-ci il 17-20 mart tarixində Tbilisi və Marneuli şəhərlərində təşkil olunacaq silsilə tədbirləri keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbirdə Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin 35 nəfər müəllim və şagirdlərindən ibarət nümayəndə heyəti iştirak edəcək.
Qeyd edək ki, tədbirlərin Azərbaycan mədəniyyətinin təbliğində, Gürcüstanda yaşayan soydaşlarımızla mədəni əməkdaşlığın inkişaf etdirilməsində, iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində əhəmiyyəti mühümdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB