Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında başqırd yazıçıları Süleyman və Həmdiyyə Lətipovların qələmə aldıqları "Şah və əks-səda" pyesinin motivləri əsasında hazırlanmış nağıl-tamaşanın premyerası olub. SİA-nın verdiyi məlumata görə, kiçikyaşlı tamaşaçılarda mərdlik, vətənpərvərlik kimi müsbət keyfiyyətlər aşılayan səhnə əsərinin quruluşçu rejissoru respublikanın əməkdar artisti Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Tamaşada əsas rolları respublikanın əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlardan Əlibala Əsgərov, Miraslan Ağayev, Zemfira Nəcəfova, Qızılgül Quliyeva, Gülər Kərimova, rəqsləri isə teatrın nəzdində fəaliyyət göstərən "Ümid" studiyasının yetirmələri ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB