2014-cü ildə Bakıda 25 gənc azərbaycanlı rejissorun qatıldığı "Dünya sübhdən günbatanadək" beynəlxalq layihəsi çərçivəsində paytaxtımıza həsr olunmuş kino-layihə həyata keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, polşalı kino xadimləri Miroslav Dembinski və Maçyej Driqasın bu layihəsi dünyanın müxtəlif şəhərlərində gənc rejissorlar üçün bir neçə həftə ərzində silsilə seminarların keçirilməsinə əsaslanır. Eyni zamanda tələbələr müəllimlərin nəzarəti altında kiçik sənədli filmlər almanaxı üzərində birgə çalışırlar. Nəticədə şəhərin canlı təsviri əks etdirən 60 dəqiqəlik sənədli film istehsal olunur. Layihə indiyədək 12 şəhərdə - Pekin, Minks, Kiyev, Moskva, Tokio (2011), Tbilisi, Kişinyov, Bıdqoş (2013), Bakı, İstanbul və Kəlküttədə (2014) həyata keçirilib.
Layihənin tərəfdaşları Polşanın Adam Mikiyeviç İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, "Belsat" kanalı və Polşa Xarici İşlər Nazirliyidir. Layihənin Azərbaycandakı tərəfdaşı "Azanfilm" studiyasıdır.
18 fevral, saat 19:00-da Nizami Kino Mərkəzində "Bakı sübhdən günbatanadək" tammetrajlı sənədli filmin təqdimatı keçiriləcək.
Layihə çərçivəsində indiyədək "17-ci mərtəbə" (rej. Ələkbər Əliyev), "Balıqçı" (rej. Röyal Əliyev), "Xor" (rej. Mənzər Hüseynova), "Zoopark" (rej. Fariz Əhmədov), "Müəzzin" (rej. Elvin Aşirov), "Samovar" (rej. Murad Muradov), "Sovetskinin köhnə küçələri" (rej. Gülər Abbasova),"Toy" (rej. Səidə İsmayılova), "İbadət" (rej. Elvin Aşirov, Murad Muradov, İmam Həsənov), "Ofisdə fasilə" (rej. Eldar Albertson), "Xalçalar" (rej. Eldar Albertson), "Neft" (rej. Elnur Cəbrayılov), "Yarım-timsah" (rej. Elnur Cəbrayılov), "Neft işçiləri küçəsi" (rej. Günel Qədirova), "Heydər Əliyev Mərkəzi" (rej. Günel Qədirova), "Attraksion" (rej. Məryəm Nəcəfzadə), "Çildağ" (rej. Məryəm Nəcəfzadə) və "Pinəçi" (rej. Ramil Ələkbərov) qısa filmləri çəkilib.
Qeyd edək ki, "Dünya sübhdən günbatanadək" layihəsinin filmləri dünyanın müxtəlif bölgələrində, kino festivallarda və televiziyalarda təqdim olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB