Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru professor Çingiz Fərzəliyev və muzeyin elmi araşdırmalar şöbəsinin müdiri Toğrul Əfəndiyev Hollandiyada Azərbaycan Respublikasının bu ölkədəki səfiri cənab M.N.Əfəndiyevin şəxsi dəvəti ilə işgüzar səfərdə olublar. SİA-nın verdiyi məlumata görə, səfərin başlıca məqsədləri Hollandiyanın aparıcı muzeylərinin rəhbərliyi ilə tanış olmaq və qarşılıqlı maraq doğura biləcək layihələrin həyata keçirilməsi haqqında danışıqların aparılması olub. Bu məqsədlə səfirlikdə cənab səfirin birbaşa iştirakı ilə bir qrup Hollandiya muzey rəhbərləri və səlahiyyətli şəxsləri ilə görüş baş verib. Görüşdə Hollandiya tərəfindən Dutch Culture - beynəlxalq mədəni əlaqələrin koordinasiyası ictimai birliyinin direktoru cənab Cees dee Graaff, Cobra-muzeyinin biznes inkişafı və əməkdaşlıq üzrə departamentinin nümayəndəsi cənab Bert Meennings, Amsterdam şəhərindəki Rembrandtın ev-muzeyinin direktoru cənab Michael Huijser, The Holland Times qəzetinin və Azərbaycan-Niderland web platformasının kontent meneceri Arnold Utama iştirak etmişdirlər. Görüşdə aparılan fikir mübadiləsi zamanı gələcəkdə qarşılıqlı maraq doğura biləcək hədəf nöqtələri müəyyən edilib.
Eyni zamanda Azərbaycan tərəfi yerli mütəxəssisləri Azərbaycan Milli İncəsənət muzeyinin sərgi imkanları barəsində bilgilərlə təmin edib. Keçirilən sərgilər, dövlətin ali rəhbərliyinin mədəniyyətə və incəsənətə göstərdikləri diqqət və qayğı barəsində ətraflı məlumat verilib. Qonaqlara şərh olunan mövzulara dair video filmlər nümayiş etdirilmiş, muzeyin nəşr etdirdiyi çeşidli çap məhsulları paylanılıb.
Çingiz Fərzəliyev və Toğrul Əfəndiyev Amsterdam şəhərində Rembrandtın ev-muzeyinə səfər ediblər. Burada onları qarşılayan muzey direktoru və onun əməkdaşları qurumlarının fəaliyyətləri barəsində ətraflı məlumat vermişlər və qonaqları muzeyin ekspozisiyası ilə tanış ediblər.
Muzey kolleksiyasının əsasını dahi rəssamın qrafik əsərləri təşkil etdiyindən (ofort, rəsm, qravür və s.) belə sərgilərin daşınmasının çox çevik və rahat olduğu başlıca amil kimi vurğulanıb.
Belə bir sərginin Azərbaycanda daha böyük maraq doğurmasını təmin etmək məqsədilə mövzunun seçilməsi ətrafında ilkin fikir mübadiləsi aparılıb. Bu məqsədlə muzeyin rəhbərliyinin və Niderland mədəniyyət mərkəzinin müdirinin tezliklə Bakıya gəlməsi təklif olunub. Təklif böyük məmnunluqla qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB