Pantomima Teatrının fevral REPERTUARI

Pantomima Teatrının fevral REPERTUARI

Azərbaycan Dövlət Pantomima Teatrının fevral repertuarını SİA oxucularına təqdim edirik:

Fevralın 1-də Nargilə Qəribovanın və Ceyhun Dadaşovun "Katarsis", 7-də "Kitabi-Dədə Qorqud" dastanı əsasında hazırlanmış "Dəli Domrul", 8-də Ceyhun Dadaşovun "Mən və mən" tamaşaları göstəriləcək.

Teatrın kollektivi fevralın 14-də Səbinə Hacıyevanın "Dejavü", 15-də Bəxtiyar Xanızadənin və Bəhruz Əhmədlinin "Son ştrix", 21-də B.Əhmədlinin B.Əhmədli "Ora-bura" tamaşalarını göstərəcək.

B.Xanızadənin "Pantomima buketi" və "Unutmayaq" tamaşaları müvafiq olaraq fevralın 22-də və 28-də nümayiş olunacaq.

Pantomima teatrı həmişə olduğu kimi, fevral ayında da balaca tamaşaçıları unutmayıb.

Qeyd edək ki, uşaqlar fevralın 8-də Abdulla Şaiqin "Tıq-Tıq", 22-də Antuan de Sent Ekzüperinin "Balaca şahzadə" tamaşalarına baxa bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə