Avropa Oyunlarında milli mətbəximiz necə təbliğ olunacaq? AÇIQLAMA

Avropa Oyunlarında milli mətbəximiz necə təbliğ olunacaq? AÇIQLAMA

Paytaxtımız ilk Avropa Oyunlarını keçirməyə hazırlaşır. Dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıda Avropa Oyunlarının keçirilməsi ilə bağlı ciddi işlər gedir. Bildiyiniz kimi, Azərbaycanın zəngin mətbəxi vardır. Bəs Azərbaycana gələcək qonaqlara mətbəximizi lazımınca təqdim etmək üçün hansısa işlər görürükmü?

Məsələ bağlı Azərbaycan Milli Kulinariya Mərkəzindən münasibət öyrəndik. SİA-ya mərkəzdən verilən məlumata görə, sözügedən məsələ ilə bağlı onlara heç bir göstəriş verilməyib: "Bakı 2015 Avropa oyunlarında milli mətbəximizin təbliği ilə bağlı təəssüflər olsun ki, hələ ki, bizə heç bir müraciət olunmayıb. Əgər bizə müəyyən tapşırıqlar verilsəydi sözsüz ki, layiqincə öhdəsindən gələ bilərdik. Çünki peşəmiz bunu tələb edir. Yeməklərimizi istər gigyenik, istərsə də personal baxımından təbliğ etməyə qadirik. Əgər bu məsələ ilə bağlı hər hansı tapşırıq verilərsə, böyük məmnuniyyətlə kömək edərik".

Bütün xəbərlər Facebook səhifəmizdə