Sağlamlıq turizminin inkişafını nəzərdə tutan memorandum imzalanıb

Sağlamlıq turizminin inkişafını nəzərdə tutan memorandum imzalanıb

Bu gün Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək Assosiasiyası (ASTTDA) arasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə uzunmüddətli əməkdaşlıq və assosativ üzvlük haqqında memorandum imzalanıb. SİA-nın verdiyi məlumata görə, memorandum AZTA-nın idarə heyətinin sədri Nahid Bağırov və ASTTDA -nın sədri Ruslan Quliyev tərəfindən imzalanıb.

Memorandumun imzalanmasında əsas məqsəd turizmin inkişafına töhfə vermək, turizm təşkilatları arasında əməkdaşlığı inkişaf etdirmək, Azərbaycanın sağlamlıq turizmi imkanlarını xarici ölkələrdə tanıtdırmaq, turizmin bu növünü müasir tələblərə uyğun formalaşdırmaq və səmərəli tərəfdaşlıq etməkdən ibarətdir.

Bu əməkdaşlıq Azərbaycanda sağlamlıq turizminin inkişafında, xarici turistlərin və yeni investisiyaların cəlb olmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, 2015-ci ildə birgə fəaliyyət planına uyğun olaraq, məhsuldar əməkdaşlıq nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə