Türkiyədə Xocalı haqqında kitab çap olunub

Türkiyədə Xocalı haqqında kitab çap olunub

Türkiyənin "Cinius" nəşriyyatında "Hocalının Kurdeleli Anahtarı" ("Xocalının Lentli Açarı") romanı çap olunub. SİA-nın verdiyi məlumata görə, kitabın müəllifləri gənc yazarlar Ziyad Quluzadə və Dilbər Quliyevadır.

Roman Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun dəstəyi ilə çap olunub.

"Hocalının Kurdeleli Anahtarı" romanı erməni qəsbkarları tərəfindən Xocalıda törədilmiş soyqırımı psixoloji-postmodern ədəbiyyat prizmasından "Kollaj" və "dekonstruskiya" edilərək, tarixi hadisələrdə Kafka və klassik ədəbi qəhrəmanların iştirak etdiyi bir tablo yaradıb.

Qeyd edək ki, kitab Türkiyədə bir çox kitab dükanlarında və aparıcı internet satış mağazalarında oxucuların ixtiyarına verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə