2014-cü ildə MTN tərəfindən bir sıra info-tur və press-turlar keçirilib
Azərbaycanın turizm potensialının gəlmə turizmi baxımından prioritet sayılan ölkələrdə təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq Azərbaycana info-tur və press-turlar keçirilir.
Qazaxıstan:
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin turizm potensialının tanıdılması məqsədilə Qazaxıstanın aparıcı turizm şirkətləri və media nümayəndələrindən ibarət 14 nəfərlik qrup üçün cari ilin 28 mart - 02 aprel tarixində Azərbaycana səfər təşkil edilib. Səfərdən sonra Qazaxıstanın "CTC", "TRK TAN" və "Kanal 31" də Azərbaycan haqqında verilişlər yayımlanıb.
Həmçinin, "Alau Media" teleşirkətinin nəzdində fəaliyyət göstərən "Xəbər" telekanalının "Yaxın qonşular" adlı layihəsində Azərbaycanın tarix, mədəniyyət, iqtisadi inkişaf, səhiyyə və təhsil sahələrinə dair 20 dəqiqəlik verilişin yayımlanması məqsədilə çəkiliş qrupunun cari ilin 30 noyabr - 07 dekabr tarixlərində Azərbaycanda qəbul edilib. Məlumat üçün qeyd etmək istərdik ki, sözügedən veriliş 2015-ci ildə yayımlanacaq.
Rusiya:
Cari ilin 19 - 26 aprel tarixində Rusiyanın aparıcı turizm şirkətləri ilə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və turizm imkanlarının tanıdılması məqsədilə Rusiyanın aparıcı turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri olub. Səfər çərçivəsində turizm şirkətlərinin işçi görüşü keçirilib.
ABŞ:
"Econews Television Series" televiziya şirkəti tərəfindən Azərbaycanın turizm potensialına həsr olunan sənədli filmin çəkilməsi məqsədilə adıçəkilən şirkətin nümayəndə heyəti cari ilin 25 iyul - 04 avqust tarixlərində Azərbaycanda səfərdə olublar.
Almaniya:
Eyni zamanda Almaniyanın aparıcı turizm şirkətləri ilə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və turizm imkanlarının tanıdılması məqsədilə cari ilin 24 - 31 avqust tarixlərində Almaniyanın aparıcı turizm şirkətlərinin nümayəndələri ölkəmizdə tanışlıq səfərində olmuşlar. Səfər çərçivəsində cari ilin 26 avqust tarixində Almaniyanın aparıcı turizm şirkətləri ilə Azərbaycanın turizm şirkətləri və mehmanxanaları arasında işçi görüşü (work shop) keçirilmişdir. Görüş çərçivəsində qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılmış və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Azərbaycanın turizm potensialının Almaniya mətbuatında işıqlandırılması məqsədilə cari ilin 24 - 30 sentyabr tarixlərində Almaniyanın aparıcı KİV nümayəndələri ölkəmizdə səfərdə olublar. Press-turun nəticəsi olaraq puriy.de bloqunda, www.gmx.net, www.mortimer-reisemagazin.de, blogstars.travelbook.de, www.gour-med.de saytlarında və RP Online jurnalında ölkəmizə dair məqalələr və video-çarxlar yerləşdirilib.
İspaniya:
"Telemadrid" televiziya kanalında yayımlanan "Madrilenos por el Mundo" (Dünyadakı madridlilər) proqramının bir bölməsinin Azərbaycanda yaşayan madridlilərə və ölkəmizin turizm potensialına həsr olunması məqsədilə çəkiliş qrupu cari ilin 15 - 22 oktyabr tarixində səfər ediblər.
İl ərzində keçirilən info-tur və press-turlarda cəmi 27 turizm şirkətindən 29 nəfər və 17 KİV-dən 22 nəfər təmsil olunmuşdur.
Ümumilikdə keçirilmiş info-tur və press-tur müvafiq ölkələrdə fəaliyyət göstərən turizm şirkətləri və Azərbaycan turizm şirkətləri arasında əlaqələrin qurulması, xarici turizm şirkətləri tərəfindən ölkəmizə turların satışının təmin edilməsi və təbliğat kampaniyalarının təşkili baxımından əhəmiyyətlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB