Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "Bir-birimizi tanıyaq" layihəsi çərçivəsində "Həyatın anları" adlı fotosərgi açılıb. SİA-nın verdiyi məlumata görə, bu layihə ADMİU və Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbə gənclər təşkilatının birgə təşəbbüsü nəticəsində reallaşıb.
Sərginin açılış mərasimində rektor, professor Fərəh Əliyeva, professorlar Məryəm Əlizadə, Gülşən Kəngərli-Əliyeva çıxış edərək layihənin əhəmiyyətindən, ali məktəblər arasında əlaqələrin daha da güclənməsindən söz açıb, müəllifə uğurlar arzulayıblar.
Layihə çərçivəsində ilk fotosərginin müəllif isə ADİU-dan Cəlal Kəngərlidir. Onun sərgidə 50 fotoşəkli nümayiş olunub. Fotolarda müəllif insan həyatının ecazkar anlarını əks etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB