"Eurovision-2015" iştirakçı ölkələrinin adları açıqlanıb

"Eurovision-2015" iştirakçı ölkələrinin adları açıqlanıb

Avstriyada keçiriləcək "Eurovision-2015" mahnı müsabiqəsində iştirak edən ölkələrin yekun siyahısını açıqlanıb. SİA-nın verdiyi məlumata görə, müsabiqədə 39 ölkə iştirak edəcək. Müsabiqəyə qayıdan ölkələr sırasında Kipr, Çexiya və Serbiya var. Ukrayna ölkədəki vəziyyətlə bağlı, Türkiyə və Bosniya və Herseqovina həmçinin müsabiqədə iştirakdan imtina ediblər.

Yanvarın 26-da Vyanada püşkatma keçiriləcək, onun nəticəsində hansı ölkələrin birinci və ikinci yarımfinala düşəcəyi məlum olacaq.

Nəzərinizə çatdıraq ki, 16 ölkənin iştirak edəcəyi müsabiqənin I yarımfinalı mayın 19-da, II yarımfinal isə mayın 21-də keçiriləcək. Müsabiqənin finalı mayın 23-də baş tutacaq.

Qeyd edək ki, "Böyük beşlik" ölkələri olan Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya, eləcə də müsabiqəyə ev sahibliyi edən Avstriya finala birbaşa daxil olacaq. Müsabiqə "Wiener Stadthalle" səhnəsində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə