Ədalət Vəliyev: "Azərbaycan teatrı ayrı-ayrı fərdlərdən ibarət deyil"
Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi, "525-ci qəzet" və "Mədəniyyət" qəzetlərinin iştirakı ilə "Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək müsabiqədə yaşı 35-dək olan, peşəkar, gənc teatrşünaslar və teatr sahəsindən mütəmadi olaraq məqalələr yazan KİV nümayəndələri ən yaxşı resenziya, ən yaxşı nəzəri araşdırma, ən yaxşı portret yazı, ən yaxşı tənqidi məqalə və ən yaxşı müsahibə nominasiyaları üzrə məqalələr təqdim edldiyini söyləyib. Bildirib ki, müsabiqənin şərtlərinə uyğun olaraq təqdim edilən məqalələr münsiflər heyəti üzvləri tərəfindən oxunub və müvafiq olaraq qiymətləndirilib.
Nazir müavini həmçinin çıxışında teatr sənətinin son illərdə yüksək səviyyədə inkişafından danışıb. Bildirib ki, hazırda teatrlarda işləyən rejissorların teatrın inkişafında müstəsna xidmətləri var: "Azərbaycan teatrı ayrı-ayrı fərdlərdən ibarət deyil. Bir baş rejissordan xoşu gəlməyən insan bütövlükdə çalışdığı teatra qara yaxmalı deyil. Hesab edirəm ki, həmin şəxslə mübarizəyə rejissor və ya teatrın direktoru deyil, bütövlükdə cəmiyyət qalxmalıdır. Ən əsasda qələm sahibləri onlarla mübarizə aparmalıdır".
Ədalət Vəliyev növbəti il keçiriləcək müsabiqənin şərtlərini genişləndirib naminasiyaları, maddiyat tərəfinin də artacağını diqqətə çatdırıb: "Bir anlıq düşündüm ki, nə üçün mükafatlar və iştirakçılar bu qədər azdır. Bir ildə 17 yazı çox azdır. Yəni, doğurdanmı Azərbaycanda 17 nəfər ziyalı teatr haqqında yazıb. Pis mövzular haqda yazanların sayı digərlərindən dəfələrlə çoxdur".
Ə.Vəliyev həmçinin teatrda çalışan insanların teatra sevgisi artırılımağın vacib olduğunu söyləyib: "Teatrın yaralarını onun içərisindən dağıtmaq istəyirlər. 103 il ərzində Azərbaycan teatrının əldə etdiyi nailiyyətlər gəlib dayanır ölkəmzin 2006-ci ildən sonrakı uğurlarına. Cəmiyyətin 100 ildə teatra göstərdiyi qayğı və hörmətin 100 mislini bu gün dövlət Azəbaycan teatrına göstərir. Düşünürəm ki, təkcə teatr haqqında yazmaqla müsabiqədə iştirak etmək kifayət deyil. Misal üçün deyə bilərəm ki, teatrla dostluq edən məktəbdən yazmaq olar. Ola bilər ki, o yazı ilə onlarla məktəbi teatra çağırdıq. Bununla da şəbəkə genişlənsin. Hər zaman demişəm ki, teatra sevgi ailədən başlayır. İnsanı teatra bağlayan birinci amil ailədir. Digərlərini isə məktəb, universitet və cəmiyyət bağlayır. Mən deyə bilmərəm ki, Azərbaycandakı 26 teatrdan hər birinin vəziyyəti əladır. Əla deyil. Amma yaxşı olanların sayı həddən artıq çoxdur və daha da artması üçün işlər görülür. 40 il idi ki, Sumqayıt Dövlət Teatrının binası yox idi. 40 il teatrda çalışanlar noyabrdan-may ayına qədər tamaşa oynaya bilmirdilər. Cənab prezidentimizin ciddi tapşırığı ilə Sumqayıt Teatrına bina verildi".
Nazir müavini mədəniyyət və turizm nazirliyinin vəsaiti hesabına xaricə ezam olunmaq məsəlsinə də toxunub. Bildirib ki, orada oteldə qalmaq, 2-3 gün ərzində bizim tamaşalara baxmaq və sonra tamaşalar haqqında geniş təhlil verilməsi üçün də bəzi mətbuat orqanları ilə əməkdaşlıq ediləcək: "Hesab edirəm ki, teatrın həyatından doğru-düzgün qərar qəbul etmək üçün obyektiv yazılara ehtiyac var".
Qeyd edək ki, müsabiqədə Pərvin Nurəliyava, Elçin Cəfərov, Aliyə Dadaşova, Həmidə Rüstəmova və başqaları diplom və pul mükafatları ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB