“Hər şeydən yüksəkdir sözün məqamı”

“Hər şeydən yüksəkdir sözün məqamı”

Yasamal rayonundakı 150 nömrəli tam orta məktəbdə Şərqin dahi şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 520 illik yubileyinə həsr edilmiş "Hər şeydən yüksəkdir sözün məqamı" mövzusunda ədəbi-bədii tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Cahangir Cahangirovun dahi şairin sözlərinə bəstələdiyi "Şəbi-hicran" kantatasının səslənməsi ilə başlayıb.

Tədbirdə üç dildə divan tərtib edən Məhəmməd Füzulinin bənzərsiz yaradıcılığından söz açılıb. Onun ölməz poetik inciləri, xüsusilə də poemaları Şərqin və dünya poeziyasının nadir inciləri kimi dəyərləndirilib.

Qeyd edək ki, tədbirdə şagirdlərin ifasında şairin yaradıcılığına həsr edilmiş "Hər şeydən yüksəkdir sözün məqamı" mövzusunda ədəbi-bədii kompozisiya təqdim edilib, incəsənət ustalarının ifasında şairin qəzəlləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə