Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə qırğız şairi, ozanı və bəstəkarı Toktoqul Satılqanovun anadan olmasının 150 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbirdə, həmçinin TÜRKSOY tərəfindən nəşr edilmiş "Toktoqul Satılqanov. Seçilmiş əsərləri" və Türkiyənin Əskişəhir Valiliyi tərəfindən beş dildə çap olunmuş "Toktoqul. Şeirə, nəğməyə çevrilən ömür" adlı kitabların da təqdimatı olacaq.
Qeyd edək ki, tədbir dekabrın 9-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB