2015-ci il fevralın 17-də Moskva Dövlət Akademik Filarmoniyasının kamera zalında Azərbaycanın Əməkdar İncəsənət Xadimi, bəstəkar Fərəc Qarayev əsərlərindən ibarət konsert olacaq. SİA-nın verdiyi məlumata görə, konsertdə "Studiya novoy muzıki" ansamblı tərəfindən Fərəc Qarayevin fortepiano üçün ikinci sonatası, vibrafon, marimba və fortepiano üçün "Musik Für Jacquline Und Peter" əsəri, Avstriya bəstəkarı Alban Berqə həsr etdiyi simli kvartet üçün altı hissədən ibarət "In Memoriam" süitası, "Vitold Lyutoslavskiyə epitafiya" əsərləri səslənəcək.
Qeyd edək ki, konsertin dirijoru Rusiyanın əməkdar artisti İqor Dronovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB