Özbəkistanın uchildiz.uz portalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında "Azərbaycan poeziyasının korifeyi" adlı məqalə verilib. SİA-nın verdiyi məlumata görə, məqalənin müəllifi Tulkin Eşbek Nizami Gəncəvinin həyat və yaradıcılığından, əsərlərindən, dahi şairin Azərbaycan ədəbiyyatındakı rolundan, fəlsəfi baxışlarından söhbət açıb.
Müəllif Nizami Gəncəvini yalnız Şərqdə deyil, bütün dünyada məşhur şair və söz ustadı olduğunu qeyd edir.
Məqalədə Nizami Gəncəvinin gənclik illərindən ərəb və fars dillərini dərindən öyrənməsi, bir sıra dünyəvi elmlərə yiyələnməsi haqqında məlumat verilir.
Məqalədə şairin "Xəmsə"si haqqında ətraflı söhbət açılır, Nizami Gəncəvidən sonra Şərqin bir çox şairlərinin "Xəmsə" yazdıqları qeyd olunur.
Məqalə müəllifi qeyd edir ki, Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan poemalarının ayrı-ayrı dövrlərdə Özbəkistanda özbək dilində çap edilib.
Məqalədə Nizami Gəncəvini tədqiq edən ədiblər haqqında da məlumat verilib.
Qeyd edək ki, jurnalist Tulkin Eşbek "Azərbaycan poeziyasının korifeyi" adlı məqaləni Azərbaycanın Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən elan edilən 2014-cü ildə Özbək mətbuatında Azərbaycan haqqında "İlin ən yaxşı məqaləsi" müsabiqəsinə "Azərbaycan ədəbiyyatı" nominasiyası üzrə təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB