Bakıda keçirilən Türkiyə Mədəniyyəti Günləri başa çatıb FOTOLAR
Bakıda keçirilən Türkiyə Mədəniyyəti Günləri çərçivəsində "Meraklısı İçin Öyle Bir Hikaye" tamaşası nümayiş olunub. SİA-nın verdiyi məlumata görə, iki pərdə olaraq yazılan "Meraklısı İçin Öyle Bir Hikaye" tamaşasını tək şəxsiyyət canlandırıb.
Belə ki, Türkiyədən, Azərbaycana gələn Ankara Dövlət Teatrının aktyor Erdinç Doğan göstərdiyi tamaşa ilə Bakı izləyicilərinə unudulmaz gün yaşadıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümaiş olunan tamaşanı izləyənlər sırasında, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslan, Kiprin Azərbaycandakı səfiri Sadettin Topukçu, Türkiyənin Azərbaycandakı səfirliyinin digər diplomatları, Azərbaycananın xalq artisti Fəxrəddin Manafov və ictimai şəxslər də olub.
Onu da bildirək ki, "Meraklısı İçin Öyle Bir Hikaye" oyununun yazarı Sait Faik Abasıyanık, rejissoru isə Murat Çidamlıdır.
Tamaşa insan sevgisindən, xoşbəxtliyindən, kədərindən bəhs olunur.
Məlumat üçün bildirək ki, Türkiyənin Mədəniyyət və Turizm nazirliyi, eləcədə Azərbaycanın Mədəniyyət və Turizm nazirliyinin dəstəyi və Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Türkiyə Mədəniyyəti Günləri başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB