Respublika mədəniyyət müəssisələri işçilərinin peşəkarlıq keyfiyyətlərinin, müəssisələr tərəfindən göstərilən mədəni xidmətlərin effektivliyinin artırılması, habelə qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi kimi məsələlər mədəniyyət siyasətinin qarşısında duran prioritet vəzifələrindən olduğunu nəzərə alaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi sözügedən istiqamətdə silsilə tədbirlərin təşkilini davam etdirir. SİA-nın verdiyi məlumata görə, Nazirliyin qeyd olunan istiqamətdə növbəti tədbiri Belarus Dövlət İncəsənət və Mədəniyyət Universitetinin professoru, elm sahəsində bir neçə dövlət mükafatının laureatı Yelena Makarovanın iştirakı ilə təşkil olunacaq "Mədəniyyət müəssisələri əməkdaşlarının peşəkarlıq meyarları: müasir tələblər və formalaşmış ənənələr" adlı beynəlxalq elmi seminardır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Azərbaycan Turizm İnstitutunda təşkil olunmuş seminarlarda respublikanın mədəniyyət müəssisələrinin əməkdaşları ilə yanaşı sözügedən ali məktəblərin müəllim-professor heyəti də iştirak edib. Böyük maraqla qarşılanmış Belarus professorunun mühazirəsindən sonra əməkdaşlar arasında geniş fikir mübadiləsi aparılıb.
Seminarın moderatoru Nazirliyin Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev tədbir iştirakçılarına ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin prioritet vəzifələrindən danışaraq əməkdaşların peşə səriştəsinin artırılması və sahənin qarşısında duran strateji vəzifələrin reallaşması məqsədilə yerli və xarici elmi qurumlar ilə mövcud əməkdaşlıq əlaqələri barəsində məlumatlar verib. Ənənəvi xarakter daşıyan və əcnəbi mütəxəssislərin iştirakı ilə təşkil olunan Nazirliyin sözügedən elmi-praktiki seminarların növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB