Zəkiyyə Mahmudovanın 65 illik yubileyi qeyd olunub FOTO

Zəkiyyə Mahmudovanın 65 illik yubileyi qeyd olunub FOTO

C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında geyim rəssamı Zəkiyyə Mahmudovanın anadan olmasının 65 illiyi münasibətilə tədbir keçirilib. Kinostudiyadan SİA-ya verilən məlumata görə, Zəkiyyə Mahmudova 40-a yaxın cizgi filminin rəssam assistenti, bir neçə bədii filmin geyim rəssamı olub.

Qeyd edək ki, 1970-ci ildə Əzim Əzimzadə adına rəssamlıq texnikumunu bitirdikdən sonra taleyini kino sənətinə bağlayaraq C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının cizgi filmləri şöbəsində çalışmağa başlayan Zəkiyyə xanımın "Bulud niyə ağlayır", "Kirpi balası və alma", "Meşəyə insan gəlir", "Şah və xidmətçi", "Daş", "Balaca çoban", "Qaya" və s. cizgi filmlərinin, "Nar ağacının nağılı", "Qərib cinlər diyarında", "Hökm", "Qorxma, mən səninləyəm" kimi bədii filmlərin yaranmasında əlbəsə ustası, rəssam assistenti, geyim rəssamı qismində əməyi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə