Bakıda ilk dəfə Oleq Tabakovun rəhbərliyi ilə Çexov adına MBAT-nın qastrolu olacaq. SİA-nın verdiyi məlumata görə, teatr A.P.Çexovun hekayəsi əsasında "Evlənmək istəyənlərə rəhbərlik" tamaşasının premyerasını təqdim edəcək.
Çexovun məşhur hekayələri "Təklif", "Diplomat" və "Ayı", həmçinin əvvəllər səhnələşdirilməyən "Uzun dil" və "Pulqabı"ümumi ideyada və zamanda toplanıb. Onun hər bir əsəri daxili gərginliyi, avantürası və daimi insani ehtirasları ilə zəngindir.
Nəzərinizə çatdıraq ki, tamaşanın quruluşçu rejissoru Vyaçeslav Nevinnıydir. Tamaşada Rusiyanın xalq artisti Aleksandr Paşutin, əməkdar artistlər Vyaçeslav Nevinnıy (kiçik), Aleksandr Semçev, həmçinin teatr və kino aktrisası Mirel iştirak edəcək.
Qastrol Azərbaycan Dövlət Rus Dram teatrının doğum gününə həsr olunub.
Qeyd edək ki, tamaşa 20 dekabr, saat 19:00-da Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB