Qoçaq Əsgərov İsraildə konsert verəcək

Qoçaq Əsgərov İsraildə konsert verəcək

Azərbaycanın gənc xanəndəsi Qoçaq Əsgərov İsraildə keçiriləcək "Ud" festivalına dəvət alıb. SİA-nın verdiyi məlumata görə, festival çərçivəsində azərbaycanlı xanəndə noyabrın 8-də paytaxt Qüdsdə bir günlük konsert proqramı ilə çıxış edəcək.

Nəzərinizə çatdıraq ki, konsert "Rebecca Crown Hall"da baş tutacaq. Konsertdə "Şur", "Bayatı-Şiraz", "Şüştər" muğamları, xalq mahnıları və təsniflər səsləndiriləcək. Qoçaq Əsgərovu tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə