Dərbənd Azərbaycan Dövlət Dram Teatrı "Sönmüş talelər"i Azərbaycana gətirir
Dağıstanın Dərbənd Azərbaycan Dövlət Dram Teatrının yaradıcı kollektivi Azərbaycanda qastrol səfərindədir. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində kollektiv noyabr ayının 6-da saat yazıçı-dramaturq, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə müdiri Rafiq Rəhimlinin "Sönmüş talelər" tamaşası ilə çıxış edəcək.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi və Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.
Narkotik və narkomanlığa qarşı mübarizəyə həsr olunmuş tamaşada rolları əməkdar artistlər Mahir Məlikov, Əliyar Hüseynov, aktyorlar Şükufə Məlikova, Diləfruz Şıxməmmədova, Rəhilə Ömərova, Səbuhi Ömərov, Hörmət Aslanov, Təhminə Ömərova, Səidə Əliyeva və başqaları ifa edəcəklər.
Qeyd edək ki, Dərbənd teatrı noyabr ayının 20-dək Azərbaycanın bir sıra bölgələrində sözügedən tamaşa ilə çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB