“İki nəfər yelləncəkdə”

Bakıda ilk dəfə 23 və 24 dekabr Azərbaycan Dövlət Opera və Balet Teatrında Uilyam Qibsonun eyniadlı pyesi, əfsanəvi Brodvey sevgi hekayəsi əsasında "İki nəfər yelləncəkdə" (Two for the Seesaw) tamaşası göstəriləcək. SİA-nın verdiyi məlumata görə, Uilyam Qibson (1914-2008) məşhur amerikan dramaturq və yazıçısıdır. O, Amerika ədəbiyyatının üslubçularından biri hesab olunur. Onun "İki nəfər yelləncəkdə" (Two for the Seesaw) Brodvey debütü 1958-ci ildə olub.

1958-ci ildə yazılmış bu klassik pyesin böyük səhnə hekayəsi var. Pyes sözün əsl mənasında əladır. Dəyişikliklər, maraqlı dialoqlar və kiçik qanadlı frazalarla dolu əsərdə əsl həyat əks olunub. Ən əsası isə pyes sevgi doludur.

Hadisələr nəhəng Nyu-Yorkda baş verir. Gibsonun qəhrəmanları rəqqasə Gitel Moska və Onun təsadüfi tanışı vəkil Cerri Rayndır. Onlar bir-birlərinə cəlb olunurlar. Əvvəlcə yalnızlıq onları birləşdirir, belə ki, heç birini evdə heç kim gözləmir. Bu görüş onların bütün həyatını dəyişir. Tamaşada Tatyana Arntqols və Qriqoriya Antipenko iştirak edəcək. Tamaşanın rejissoru Aleksey Kiryuşenko, prodüseri Albert Moqinovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə