MTN monitorinq keçirir

Turizm sənayesi obyektlərində xidmətin keyfiyyətinin müasir tələblərə uyğunluğunun və peşə hazırlığı səviyyəsinin öyrənilməsi, eləcədə mehmanxana və turizm şirkətləri tərəfindən göstərilən xidmətlərin dövlət standartlarına riayət olunmasının yoxlanılması və bu sahədə mövcud nöqsanların aradan qaldırılmasının təmin edilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən monitorinq keçirilir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinq zamanı 2015-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan I Avropa Oyunları zamanı ölkəmizə gələcək turistlərə yüksək səviyyədə xidmətlərin göstərilməsinin təmin edilməsinin yoxlanılması da nəzərdə tutulub.

2014-cü il ərzində monitorinqin 3 mərhələdə keçirilməsi planlaşdırılıb. Bundan öncə 1-ci mərhələ üzrə Bakı-Abşeron bölgəsi üzrə (31.03.2014 - 29.04.2014), 2-ci mərhələ üzrə respublikamızın digər regionlarında (23.06.2014 - 22.07.2014) monitorinq keçirilmişdir. Hazırda 3-cü mərhələ üzrə Bakı şəhərində (20.10.2014 - 13.11.2014) monitorinq davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə