“Azərbaycanın gənc rəssamları İsveçrədə” Sərgi-FOTOLAR

“Azərbaycanın gənc rəssamları İsveçrədə” Sərgi-FOTOLAR

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin və "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşəbbüsü ilə Bern şəhərində ölkəmizin müstəqillik gününə həsr olunmuş "Azərbaycanın gənc rəssamları İsveçrədə" adlı rəsm sərgisinin açılışı keçirilib. SİA-nın məlumatına görə, 16 rəssamın 76 əsərinin nümayiş etdirildiyi sərginin açılışında Berndə akkreditasiya olunmuş diplomatik korpusun, İsveçrənin federativ və yerli hakimiyyət qurumlarının, elmi, siyasi, ictimai və işgüzar dairələrinin nümayəndələri, eləcə də bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Açılışda çıxış edən Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı ölkələr və xalqlar arasında əlaqələrin inkişafında mədəni tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini, bu xüsusda müstəqilliyimizin bərpa edilməsindən sonra dövlətimizin və ələlxüsus, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun xalqımızın mədəniyyətinin təbliğində müstəsna rol oynadığını bildirib.

Qeyd edək ki, bunadək ölkəmizin gənc rəssamlarının sərgiləri Sofiya, Brüssel, Vyana, Paris, Roma, London, Milan və Budapeşt şəhərlərində təşkil olunub və hazırkı sərgi sayca onuncudur.

Bütün xəbərlər Facebook səhifəmizdə