Ölkəmizin qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən, 2014-cü ildə Qəbələ "Azərbaycanın Əfsanələr Paytaxtı", Balakən "Azərbaycanın Folklor Paytaxtı", Abşeron rayonu isə "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilib. SİA-nın verdiyi xəbərə görə, təsdiq olunmuş plana uyğun olaraq il ərzində "Xalq yaradıcılığı paytaxtları"nda müxtəlif tədbirlər keçirilir. Sentyabrın 18-19-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qəbələ rayonunda "Qəbələ - Azərbaycanın Əfsanələr Paytaxtı - 2014" layihəsi çərçivəsində təntənəli tədbir keçiriləcək. Eyni zamanda, rayonda "Gənc şairlər" ədəbi məclisi təşkil olunacaq. Tədbirə tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin qatılacağı gözlənilir. Sentyabrın 25-26-da "Folklor paytaxtı" Balakəndə, oktyabrın 3-də isə "Sənətkarlıq paytaxtı" Abşeronda tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, layihə çərçivəsində keçirilən tədbirlərin məqsədi xalq yaradıcılığının, milli adət-ənənələrin, xalq tətbiqi sənətinin, eyni zamanda regionların turizm potensialının tanıdılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB