Almaniya “Eurovision-2015” mahnı müsabiqəsi üzrə təmsilçisini gələn il seçəcək
Almaniyanın NDR yayım şurası Avstriyanın Vyana şəhərində keçiriləcək "Eurovision-2015" mahnı müsabiqəsi üzrə milli seçimini gələn il fevralın 19-da keçirəcəyini bildirib. SİA-nın verdiyi məlumata görə, Almaniyanın milli seçimində iştirak arzusunda olanlar solo və ya ansambl formasından asılı olmayaraq ifalarını www.Unser-song-fuer-oesterreich.de saytına yükləyə bilərlər.
Milli seçimdə iştirak edəcək ifaçıların adları gələn ilin yanvarında bəlli olacaq. Fevralın 19-da keçiriləcək turdan 10 nəfər milli seçimin martın 5-nə planlaşdırılan final mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, "Eurovision-2015" mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB