Bu gün Səyavuş Aslanın doğum günüdür

Bu gün xalq artisti Səyavuş Aslanın 77-ci ildönümüdür. SİA-nın verdiyi xəbərə görə, "Şərəf" ordenli xalq artisti 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. Azərbaycanın realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan S. Aslan uzun illər Musiqili Komediya Teatrında çalışıb. 1994-1996-cı illərdə həmin teatrın rəhbəri olub. O, televiziya tamaşalarında yüzdən artıq rol ifa edib, "Əhməd haradadır", "Yol əhvalatı", "Ulduz", "Bəyin oğurlanması", "Evlənmək istəyirəm", "Yuxu" və s. kimi bir çox məşhur filmlərdə müxtəlif obrazlar yaradıb.

Qeyd edək ki, S. Aslan uzun sürən xəstəlikdən sonra 2013-cü ildə, 77 yaşında dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...