Ankarada keçiriləcək "Piano festivalı"nın açılış mərasimində azərbaycanlı caz ifaçısı və pianoçu Əzizə Mustafazadə geniş konsert proqramı ilə çıxış edəcək. SİA-nın xəbərinə görə, sənətçi pianoda ifa etməklə yanaşı, müxtəlif illərdə təqdim etdiyi əsərlərini də oxuyacaq.
Konsert proqramında Ə.Mustafazadənin Aşıq Veysəlin "Uzun, incə bir yoldayam" əsərini ifa edəcəyi də gözlənilir. Sənətçini basda Ralf Cetto, zərbdə Simon Zimbardo müşayiət edəcək.
Qeyd edək ki, konsert sentyabrın 30-da Ankarada baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB