Azərbaycanın xalq artisti, "Qaya" qrupunun bədii rəhbəri Rauf Babayevin səhhəti ağırlaşıb. Bu haqda SİA-ya xalq artistinin özü məlumat verib: "Dünəndən xəstəxanadayam. Evə gəlmək istədim. Lakin həkimlər xəstəxanada qalmağımı məsləhət bildilər. Mənim üçün reanimasiya şöbəsində ayrıca palata ayırıblar. Həkimlərin dioqnozu isə mikroinsultdur".
Qeyd edək ki, xalq artisti Rauf Babayev bir müddət əvvəl də infatkt keçirib. Rauf Babayevin müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB