Kolin Maqdonel: "Dünyanın heç bir ölkəsində muğama Azərbaycandakı qədər diqqət göstərilmir"

Kolin Maqdonel: "Dünyanın heç bir ölkəsində muğama Azərbaycandakı qədər diqqət göstərilmir"

Dünyanın heç bir ölkəsində muğama Azərbaycandakı qədər diqqət və qayğı göstərilmir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu diqqəti qlobal miqyasda mühüm əhəmiyyətə malikdir.

Bu sözləri VI Qəbələ Beynəlxalq Musiqi Festivalını izləmək üçün Azərbaycana gəlmiş kanadalı xanım Kolin Maqdonel azərtac-a müsahibəsində deyib.

Qonaq bildirib ki, bu festival, ümumilikdə, incəsənətin inkişafında müstəsna rol oynayacaq.

Kitabxanaçı olduğunu deyən xanım, həmçinin bu festivalın onun gələcəkdə yazacağı dissertasiyaya mühüm töhfə verəcəyini vurğulayıb.
O, deyib: "Azərbaycana gəlmək çoxdankı arzum idim. VI Qəbələ Beynəlxalq Musiqi Festivalı barədə dünya telekanallarında yayımlanan anonsları gördükdə bu möhtəşəm incəsənət bayramında iştirak etmək fikrinə düşdüm və gördüyünüz kimi, istəyimi reallaşdırdım".
Kolin Maqdonel festivaldan sonra daha bir neçə gün Azərbaycanda qalacağını və ölkəmizlə yaxından tanış olacağını bildirib. O, ölkəmizin milli xüsusiyyətlərini özündə əks etdirən xüsusi hədiyyələri, çay, xalça və digər məxsusi məhsulları alaraq vətəninə aparacağını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə