Xalq artisti Ələddin Abbasov dünyasını dəyişib. SİA-nın məlumatına görə, sənətkar 92 yaşında vəfat edib.
Nəzərinizə çatdıraq ki, Ələddin Abbasov 1922-ci il mayın 5-də Gəncədə anadan olub. Üç övlad atasıdır. O, 1958-ci ildə əməkdar artist, 1971-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunub. Aktyor "Dəli Kür" (Cahandar ağa), "Mən ki, gözəl deyildim" (İmran), "Özgə ömrü" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və s. bədii filmlərdəki rolları ilə məşhurluq qazanıb.
Qeyd edək ki, Ələddin Abbasovla vida mərasimi bu gün reallaşacaq. O, Gəncədəki Fəxri Xiyabanda dəfn olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB