Nizami Kino Mərkəzində  uşaqlara  pulsuz film nümayiş olunub

Nizami Kino Mərkəzində uşaqlara pulsuz film nümayiş olunub

Nizami Kino Mərkəzi Azərbaycan Respublikası ahıl, tənha və əlil insanlara yardım İctimayi Birliyinin müraciətini nəzərə alaraq  Mərdəkanda yerləşən Xəzər Kiçik Qrup uşaq evinin sakinləri üçün "Qızım üçün"  filminin  pulsuz nümayişi keçirilib. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, İctimayi Birliyin Sədri Sevinc Qarayeva və uşaq evinin müdiri Süsən Qasımova filmi izləməyə gələn uşaq və  müəllimlər  adından kinomərkəzin əməkdaşlarına  təşəkkürlərini bildirib  və belə xeyirxah aksiyaların mütəmadi keçirilməsini arzu ediblər. Bu sırada kinomərkəzin əməkdaşları da belə tədbirlərin keçirilməsinə hər zaman dəstək olacaqlarını söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə