İsveçrədə keçirilən Montrö Beynəlxalq caz festivalı çərçivəsində Azərbaycanın xalq artisti, dünya şöhrətli muğam ifaçımız Alim Qasımovun konserti keçirilib. SİA-nın məlumatına görə, artıq 48 dəfədir ki, dünyanın ən məşhur və virtuoz musiqiçiləri bir araya gətirən bu musiqi bayramında ölkəmiz yenə də müxtəlif tədbirlərdə təmsil olunmaqdadır.
İyulun 19-dək davam edəcək festivalda əməkdar artistlər İsfar Sarabski, Rəşad Haşımovun rəhbərlik etdiyi "Rast" qrupunun, məşhur saksofon ifaçısı Meseo Parkerin birgə konsertləri, həmçinin Əməkdar Artist Natiq Şirinovun rəhbərliyi ilə "Natiq ritm" qrupunun çıxışları olacaq
Qeyd edək ki, artıq üç ildir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti bu festivalın rəsmi tərəfdaşlarındandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB