Azərbaycan poeziyasında öz dəsti-xətti olan şairə Fəridə Əliyarbəylinin doğulub boya-başa çatdığı və bütün ömrü boyu yaşayıb, yaratdığı Gəncədə 90 illik yubileyi qeyd edilib. SİA-nın məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər onun həyat və fəaliyyətindən, zəngin yaradıcılığından danışıblar. Qeyd olunub ki, 1939-cu ildə şəhər qəzetində "A dağlar" adlı şeri ilə yaradıcılığa başlayan Fəridə Əliyarbəyli onlarla kitabın müəllifidir. Şairənin "Xan qızı", "Qonşular", "Günahkar qız", "Özgə yeri" pyesləri indi də Gəncə Dövlət Dram Teatrının səhnəsində oynanılır.
Qeyd edək ki, yubiley tədbirində çıxış edən yazıçı və şairlər Fəridə Əliyarbəyli ilə bağlı xatirələrini danışmış, onun yaratdığı şeir nümunələri ilə daim yaddaşlarda yaşayacağını qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB