Akademik Milli Dram Teatrı bölgələrə qastrol səfərindən qayıdıb

Akademik Milli Dram Teatrı bölgələrə qastrol səfərindən qayıdıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi Zaqatala, Şəki, Balakən bölgəsində qastrol səfərindədir. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, teatrın yaradıcı kollektivi bu bölgədə Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanmış "Anamın kitabı" dramını və "Danışan gəlincik" uşaq tamaşasını nümayiş etdirilib. Hər iki tamaşa rayon rəhbərliyi və yerli tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
"Anamın kitabı" tamaşasının quruluşçu rejissoru H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov, quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, musiqi tərtibatçısı Həmid Kazımzadədir.
Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur.
"Anamın kitabı" tamaşası yüksək ideyasına və dərin məzmununa görə də böyük tərbiyəvi əhəmiyyət daşıyır.
Tamaşada rolları xalq artisti Səidə Quliyeva, əməkdar artistlər Sevinc Əliyeva, Ayşad Məmmədov, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Firuz Xudaverdiyev, aktyorlar Anar Heybətov, Hikmət Rəhimov, Ramin Şıxəliyev, Şəhla Əliqızı, Elnar Qarayev, Vüsal Mustafayev, Rəşad Bəxtiyarov oynayıblar.
Abdulla Şaiqin əsəri əsasında hazırlanan "Danışan gəlincik" tamaşasının quruluşçu rejissoru Loğman Kərimov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı, rəqslərin quruluşçusu Nigar Güləhmədova, rejissor assistenti Dilbər İsmayılovadır.
Tamaşada Şəhla Əliqızı, Rəşad Bəxtiyarov, Ramin Şıxəliyev, Nigar Güləhmədova, Hikmət Rəhimov, Günel İmanova və Aygün Baxışlı çıxış ediblər.
Teatrın kollektivi iyunun 25-də qastrol səfərini başa vurub Bakıya qayıdacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə