Dövlət Kino-Foto Sənədləri Arxivinə 55 saxlama vahidi fotosənəd daxil olub

Dövlət Kino-Foto Sənədləri Arxivinə 55 saxlama vahidi fotosənəd daxil olub

Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinə İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən daimi saxlanılmaq məqsədilə 55 saxlama vahidi fotosənəd daxil olub. SİA-nın məlumatına görə, fotosənədlər teatrın Ermənistandan deportasiya edildiyi vaxtdan sonrakı illərdə repertuarında yer alan tamaşaların yaradıcılıq həllinin bəzi məqamlarını əks etdirir.

Dövlət sifarişi ilə hazırlanmış 14 tamaşanın yaradıcılıq həllindən bəhs edən fotosənədlər hazırda arxivin fonduna qəbul olunması üçün rəsmiləşdirilir, hər bir sənədin qısa məzmunu hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə