Şəkidə Beynəlxalq milli şirniyyat festivalı keçiriləcək

Şəkidə Beynəlxalq milli şirniyyat festivalı keçiriləcək

İyulun 20-də Şəki şəhərində Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq milli şirniyyat festivalı keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə 15 ölkədən kulinarlar iştirak edəcəklər.

Festivalda Azərbaycanın bölgələri də öz şirin xörəklərini (firni, xəşil, şirin plov, südlü sıyıq və s.), unlu qənnadı məmulatlarını (paxlava, fəsəli, qatlama, zilviyyə, umac halvası ), milli şəkərli şirniyyatlarını (noğul, qoz halvası, səməni halvası və s.) sərgiləyəcəklər.

Şirniyyat məhsulları festivala əvvəlcədən hazırlanmış şəkildə gətiriləcək. Sərgi yerində hər xalqın təmsilçiləri özlərinə məxsus milli paltarda olacaq, öz bölgələrinə məxsus məişət əşyaları, xalça, həsir və s. döşəyərək, sərgi yerində ölkələrinin və regionlarının əhval-ruhiyyəsini yaradacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə