III Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsi keçiriləcək

III Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsi keçiriləcək

Azərbaycan Yazıçılar Birliyinin (AYB), Beynəlxalq Mahmud Kaşğarlı Fondu və Avrasiya Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə III Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsi başlanıb. SİA-nın məlumatına görə, müsabiqəyə Azərbaycan da daxil olmaqla 20-dən artıq ölkənin yazıçıları əsərlərini təqdim edə bilərlər.

Müsabiqə 2 turdan ibarət olacaq. Birinci tur ayrı-ayrı ölkələrin yazıçıları arasında keçiriləcək. Ölkələr üzrə mükafatlandırılma 3 yerdən ibarətdir. Ölkələrdən birinci yeri tutanların əsərləri türk dilinə tərcümə ediləcək.

Yerlərdə əsərlər sentyabrın 30-dək təqdim edilə bilər. Qaliblərin adları isə noyabrın 1-də açıqlanacaq, mükafatlar sahiblərinə təqdim olunacaq.

Ölkələrarası mükafatların təqdim edilməsi mərasimi isə dekabrda Bakıda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə