“Açıq qapı” günü keçiriləcək

“Açıq qapı” günü keçiriləcək

İyunun 14-15-də "Alov" bədii tədbirlər və rezidensiyalar" layihəsi çərçivəsində paytaxtımızın İstiqlaliyyət küçəsində, İnşaatçılar prospektində, həmçinin Həsən Seyidbəyli küçəsindəki "Art Villa" qalereyasında yerləşən emalatxanalarda rəssamların "Açıq qapı" günü keçiriləcək. SİA-nın məlumatına görə, layihə çərçivəsində arzu edənlər rəssamların emalatxanalarına gələrək onların işləri ilə tanış olmaq imkanı qazanacaqlar.

"Açıq qapı" günündə rəssamlardan Hüseyn Haqverdiyev, Anar Hüseynzadə, Sara Knill-Cons, Yelena Haqverdiyeva, Butunay Haqverdiyev, Aydın Əsgərov, Ayşə Məhərrəmova, Eldar Həsənov, Eldar Babazadə, Ruslan Kovalyov və başqaları iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə